1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda “Azərbaycanda etika və komplayns” mövzusunda konfrans keçirilib
07.12.2017

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) bu gün Bakıda “Azərbaycanda Etika və Komplayns” mövzusunda 1-ci konfransını təşkil edib. Tədbir BP-nin Qızıl, “Kapital Bank”ın Gümüş, “Ekvita”, “KPMG Azərbaycan” və “Rapid Solutions”ın Bürünc Sponsorluğu ilə keçirilib.

Azərbaycanda “AmCham”ınicraçı direktoru Natəvan Məmmədova və Prezidenti Nuran Kərimov giriş nitqi ilə çıxış edərək, bu tədbirin Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.

Tədbirdə çıxış edən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi RəhimovPalatanın ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı fəaliyyətlər həyata keçirdiyini qeyd edib. O, konfransın Azərbaycanda şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizə və bürokratik əngəllərin aradan qaldırılması baxımından vacibliyini vurğulayıb. N. Rəhimov onu da qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika, xüsusən də açıq hökumət prinsipləri və dövlət idarəçiliyində İKT-dən istifadənin genişləndirilməsi, məlumatlara çıxışda şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın yüksəldilməsi və mülki vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa görə beynəlxalq korrupsiyaya qarşı mübarizə üzrə reytinqlərdə əksini tapıb. O, konfrans iştirakçılarını Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işindəki nailiyyətləri barədə məlumatlandırıb. Buraya xüsusən də 2016-cı ildə təsdiqlənmiş ISO 37001 “Korrupsiyayaqarşı İdarəetmə Sistemləri” beynəlxalq standartına əsasən, standart dövlət layihəsinin işlənib-hazırlanması və qəbulu, Azərbaycan ərazisində mövcud standartların ictimaiyyət üçün açıq elektron məlumatlar bazasının yaradılması, dövlət orqanlarının elektron xidmətlər və s., tətbiqi ilə əlaqədar tələb etdikləri rəsmi sənəd və arayışların sayının azaldılması məqsədilə aidiyyəti dövlət qurumlarının informasiya resursları vasitəsilə komitə tərəfindən göstəriləni elektron xidmətlərin birləşdirilməsinin başa çatdırılması aiddir.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya təminatı İdarəsinin prokuroru Elnur Hümbətov tədbirdə çıxışında korrupsiya hallarına qarşı mübarizə ilə bağlı ibtidai istintaq zamanı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. E. Hümbətov 2016-cı və 2017-ci illərin birinci yarısında istintaqın başa çatmasından sonra məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı və onların təsnifatı barədə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. O, xüsusi olaraq  korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının nisbətinin müvafiq olaraq 5% və 3% azaldığını vurğulayıb və qeyd edib ki, bu cür dinamika Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi fəaliyyətin müsbət göstəricisidir.

Konfransda iki panel müzakirəsi təşkil edilib ki, bunlardan birincisi “Ekvita”nın nümayəndəsi və Azəırbaycanda “AmCham”ın Hüquq və Komplayns üzrə İşçi Qrupunun sədri İlqar Mehdinin moderatorluq etdiyi “Təşkilatlarda effektli komplayns funksiyasının qurulması və tətbiqi” mövzularına aid idi.Paneldə “Azercell” şirkətinin nümayəndəsi Rəşad Quliyev, BP-nin nümayəndələri Klar Farley (Clare Farley) və Vladas Stankeviçiu (Vladas Stankeviciu), “Deloitte Azerbaijan” şirkətinin nümayəndəsi Emil Qarayev, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Aqşin Əmirov və “Kapital Bank”ın nümayəndəsi Kamil Lətifovçıxış ediblər.

Digər panel müzakirəsi BP şirkətinin nümayəndəsi Toğrul Əhmədovun moderatorluq etdiyi“Təşkilatlarda korrupsiyaya qarşı auditin aparılması üzrə məsləhət və tövsiyələr” mövzusuna həsr olunub ki, bupaneldə “Bakı Hüquq Mərkəzi” MMC-nin nümayəndəsi Mətin Əsgər, “EY Azərbaycan” şirkətinin nümayəndəsi Seymur Muradov, KPMG-nin nümayəndəsi Lyubov Martınova, “PAŞA Bank” ASC-nin nümayəndəsi Aynurə İsmayılzadə və “PwC Azerbaijan”ın nümayəndəsi Mədinə Ömərova müzakirələrdə iştirak ediblər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment