1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir
08.12.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

“Biz tam olaraq Azərbaycan developerləri tərəfindən yaradılmış bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri “BakuTel-2017” sərgisində bizim stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. Bakcell şirkəti daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim AppLab akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını Bakcell şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, deyə Bakcell şirkətinin İctimai Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Beləliklə, stendimizin ziyarətçiləri Azərbaycan developerlərinin yaratdığı aşağıdakı ən son innovasiyalarla tanış olmaq imkanına malik olacaqlar:

ARzoom – “tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcəkdir. Tətbiq aşağıda göstərilən səhifələrdən yüklənilə bilər: https://play.google.com/store/apps/details?id=com.customar.arzoom&hl=ru (Android üçün) və ya https://itunes.apple.com/us/app/arzoom/id1224738703 (iOS üçün) və daha ətraflı məlumat üçün: http://www.arzoom.co/

MoodMusic – bu, diqqəti sırf sizin əhval-ruhiyyənizə və şəxsi zövqünüzə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına kömək edəcəkdir. Tətbiqi aşağıda göstərilən səhifədən yükləmək olar: https://play.google.com/store/apps/details?id=com.hndsfts.moodmusic&hl=ru  

Cinemania.az – onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər. Daha ətraflı məlumat üçün: http://cinemania.az/

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra və inkubasiya moduludur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment