|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında Dünya Bankının nümayəndə heyəti ilə görüş |
11.12.2017 | |
| |
Baki, FinanceTime. 08 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Dünya Bankının dövlət qiymətli kağızlar bazarının inkişafı üzrə işçi qrupu ilə görüş keçirilmişdir.
Görüş zamanı Dünya Bankının missiyasına BFB fəaliyyəti, dövlət qiymətli kağızlarının BFB-də ticarətinin təşkilində istifadə olunan qabaqcıl texnalogiyalar və metodologiyalar haqqında ətraflı məlumatlar verilmişdir. Bundan əlavə CETA ticarət sisteminin imkanları və perspektivləri, dövlət qiymətli kağızları və pul bazarı alətlərinin ticarəti üçün yaratdığı qabaqcıl imkanlar, eləcədə dövlət qiymətli kağızlarının inkişafı və likvidliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
|
|
|
|