1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AtaBank "Uğur-2017" Milli mükafatına layiq görülüb
13.12.2017

Baki, FinanceTime. 08.12.2017-ci il tarixində Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə "Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" Milli mükafatının təqdimetmə mərasimini keçirib. 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.

Mərasimdə çıxış edən bankın İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: “Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın inkişafında AtaBank-ın da rolunun olması bizi sevindirir.

AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik bankımız bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!”.

Xatırladaq ki, “Uğur” mükafatı “AtaBank”-a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank “Etimad Bankı”, 2010-cu ildə isə “Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə” nominasiyalarında bu mükafata layiq görülmüşdür.

Mükafatın təqdim edilməsi münasibətilə Etibar Babaşlı qeyd edib ki, AtaBank gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.Video keçid - https://www.youtube.com/watch?v=5WCcgOVeE3c&feature=youtu.be






     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment