1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır
13.12.2017

Baki, FinanceTime.  “Həftəsonu fürsəti” kampaniyası “Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır. Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir; sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz. “Nar” abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, “Həftəsonu fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.

Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, “Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki, telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də “HD voice” texnologiyasından faydalana bilərsiniz. Bir müddət öncə “Nar” şəbəkəsində tətbiq olunmağa başlayan “HD voice” texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.

“Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı “Nar”.az/heftesonu-furseti səhifəsindən əldə edə bilərsiniz.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment