1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Unibank Kommersiya Bankı” ASC BFB-də səhmlərinin kütləvi təklif etmək üçün müraciət etmişdir
14.12.2017

Baki, FinanceTime. BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” üzrəUnibank Kommersiya Bankı” ASC tərəfindən səhmlərinin kütləvi təklifi üçün Bakı Fond Birjasına (BFB) Listinqə müraciət edilmişdir. BFB-də Unibankın səhmlərinin kütləvi təklifi üçün Listinq prosesi başlanılmışdır. Listinq prosesi sona çatdırıldıqdan sonra müvafiq sənədlər və maliyyə hesabatları Bakı Fond Birjasının internet səhifəsində yerləşdiriləcəkdir.

Kütləvi təklif olunacaq səhmlərin sayı 3 676 471 ədəd, nominal dəyəri isə 2,72 manatdır. Qiymətli kağızların təklifi abunə yazılışı vasitəsilə həyata keçiriləcək və abunə yazılışının son tarixi 22 dekabr 2017-ci ildir. Səhmlərin kütləvi təklifi zamanı anderrayter qismində “Unicapital İnvestisiya Şirkət”-i çıxış edir.

Unibank 2002-ci ildə Azərbaycanın iki aparıcı özəl bankının birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır.

Bu Bakı Fond Birjasında Listinq Məsləhət Proqramı” çərçivəsində səhmlərin ilk kütləvi təklifidir.  

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. Listinq Məsləhət Proqramı sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.

“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment