1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta Yeni il münasibətilə“Hədiyyə Festivalı”na start verir
25.12.2017

PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə “Hədiyyə Festivalı” kampaniyasınıelan edir.

Baki, FinanceTime.  Yanvarın 31-dək könüllü avtomobil sığortası (KASKO)və “Yaşıl Bakı” əmlak sığortası məhsulu üzrəmüraciət edəcək müştərilər PAŞA Sığortadan Yeni il hədiyyəsini özləri seçə biləcəklər. Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər kəs öz istəyinə uyğun olaraq “Azpetrol” şirkətindən, Bravo mağazalar şəbəkəsindənvə ya “Maxi.az” məişət texnikası və elektronika mağazalarından 100 AZN balansa malik hədiyyə kartıseçmə imkanı qazanacaq. Bununla yanaşı, KASKO üzrə sığorta haqqı 2500 AZN-dən çox olan müştərilərə isə yuxarıda qeyd olunmuş məntəqələrdən biri üzrə 150 AZN nominallı hədiyyə kartı və ya “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Park Chalet” hotelində 2 nəfər üçün 1 gecəlik kupon təqdim ediləcək.

Həmçinin kampaniya çərçivəsində PAŞA Sığortadan “Yaşıl Bakı” əmlak sığortası məhsulunu əldə edən hər kəs seçimə uyğun Bravo mağazalar şəbəkəsi və ya “Maxi.az” məişət texnikası və elektronika mağazalarından hədiyyə kartları qazanacaqlar. Şərtlərə əsasən “Yaşıl Bakı” sığorta məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini seçməklə mənzilinisığortalayan müştərilərə müvafiq olaraq 30, 40 və 60 AZN balansa malik hədiyyə kartı təqdim olunacaq.

KASKO və “Yaşıl Bakı” sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Hipermarketdə yerləşən yeni satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment