1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” istifadəçilərin söhbətlərinə gizlicə qulaq asan güclü casus proqram təminatı aşkar edib
19.01.2018

Baki, FinanceTime.   “Kaspersky Lab” şirkətinin mütəxəssisləri mobil cihazlar vasitəsilə məqsədli izləmələr üçün nəzərdə tutulmuş mürəkkəb çoxfunksiyalı proqram təminatı aşkar ediblər.

“Skygofree” adını alanzərərli implant ən azından 2014-cü ildən aktivdir və özündə əvvəllər mobil cihazlara yönəlmiş zəzərvericilər arasında rast gəlməyən bəzi funksiyaları birləşdirir. Məsələn, “Skygofree” söhbətlərə “gizlicə qular asmağı” və devays cinayətkarlara lazım olduğu müəyyən bir yerdə meydana çıxan kimi səsləri tutmağı bacarır. Bundan başqa, o, “WhatsApp” messencerindən məlumatları oğurlamağa və cihazı hücum edənlər tərəfindən nəzarən olunan “Wi-Fi” şəbəkəsinə qoşmağa qadirdi. Mütəxəssislər sözügedən zərərverici proqram təminatında ümumiyyətlə 48 müxtəlif funksiya aşkar ediblər.

Eyni zamanda, “Skygofree” foto və video çəkməyi, telefon zənglərini və SMS-ləri ələ keçirməyi, həmçinin lokasiya və kalendarda qeyd olunmuş hadisələr haqqında məlumatları toplamağı bacarır. Bu casus proqram təminatında hətta dünyanın aparıcı mobil cihazlar istehsalçılarının biri tərəfindən hazırlanan enerjiyə qənaət texnolohiyasını aldadan xüsusi funksiya da mövcuddur: implant özünü müdafiə olunmuş əlavələr siyahısına daxil edir ki, ekran söndürülən zaman onun fəaliyyəti avtomatik olaraq dayanmır.

“Skygofree” ilk növbədə mobil cihazlara yönəlməsinə baxmayaraq, tədqiqatlar onun “Windows” platforması üçün də nəzərdə tutulmuş bir neçə modulunu aşkar ediblər.

Sözügedən zərərverici proqram təminatı aparıcı mobil operatorlarıninternet saytlarını təqlid edən veb-səhifələr vasitəsilə yayılır. “Kaspersky Lab”ın məlumatına əsasən, hazırda “Skygofree”nin bir neçə qurbanı müəyyən edilib ki, onların hamısı İtaliya ərazisindədir.

“Bu cür yüksək səviyyəli mobil cihazlar zərərvericilərini aşkar etmək və zərərsizləşdirmək olduqca mürəkkəb məsələdir, nəticədə cinayətkarlar istifadəçilərdə şübhə doğurmayacaq miqyaslı izləmə təşkil edə bilərlər. Bu proqram təminatının kodunu və onunla bağlı bütün infrastrukturu təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, bunların arxasında ”HackingTeam”a bənzər  izləmə həlləri hazırlayan italyan İT şirkəti durur”, - deyə “Kaspersky Lab” şirkətinin antiviruslar üzrə eksperti Aleksey Firş bildirib.

“Kaspersky Lab”ın müdafiə həlləri “Skygofree”nin “Android” üçün nəzərdə tutulmuş versiyalarını HEUR:Trojan.AndroidOS.Skygofree.a və HEUR:Trojan.AndroidOS.Skygofree.b kimi, “Windows” üçün nümunələri isə UDS:DangerousObject.Multi.Generic kimi aşkar edir.

“Skygofree”nin imkanları haqqında daha ətraflı: https://securelist.com/skygofree-following-in-the-footsteps-of-hackingteam/83603/


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment