1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” ilə görüş keçirilib
07.02.2018

 “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı” sərlövhəli 2-ci strateji hədəfi çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir.

Bununla əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) üzvləri olan 7 investisiya şirkəti, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri ilə görüş keçirildi.

Palatanın Baş İcraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilmiş görüşün əsas məqsədi kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bazar iştirakçıları ilə effektiv koordinasiyanın və sıx əməkdaşlığın qurulması idi.

Kapital bazarlarının inkişafının prioritet məqsəd olduğunu vurğulayan İ. Alışovbu sahənin inkişafına mane olan amillər, habelə bazarın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazarda aktivliyin artırılması istiqamətində təklifləri tədbir iştirakçıları ilə müzakirə etdi.

AFBİA-nın üzvləri ilə bazarda ticarət olunan alət çeşidinin genişləndirilməsi, iri dövlət müəssisələri və korporativ təşkilatların kapital bazarlarından maliyyələşməyə cəlb edilməsi, şirkətlərin bazarda iştirakının stimullaşdırılması üzrə onlara vergi güzəştlərinin verilməsi, bazarda likvidliyin və dərinliyin yaranmasında mühüm rol oynayan institusional investorların (investisiya fondları, özəl pensiya fondları) formalaşdırılması və xarici investorların yeli bazarda iştirakının təşviq edilməsi məsələləri üzrə interaktiv müzakirələr aparıldı.

Müzakirələrin yekununda İ. Alışov tərəfindən kapital bazarlarında aktivliyin artırılması,səhm bazarının inkişafı və İPO-ların həyata keçirilməsi, xarici investorların bazarda iştirakının artırılması istiqamətində Euroclear və Clearstream kimibeynəlxalq depozitarlarla əlaqələrin qurulması və xarici kastodianların yerli bazara cəlb edilməsi kimi strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verildi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment