1 USD 1.7000   1 EUR 1.9570   1 AED 0.4628   1 ARS 0.0465   1 AUD 1.2083   1 BRL 0.4581   1 BYN 0.8070   1 CAD 1.2984   1 CHF 1.7059   100 CLP 0.2498   1 CNY 0.2452   1 CZK 0.0757   1 DKK 0.2623   1 EGP 0.0949   1 GBP 2.2216   1 GEL 0.6321   1 HKD 0.2168   100 IDR 0.0112   1 ILS 0.4653   1 INR 0.0232   100 IRR 0.0040   100 JPY 1.5094   1 KGS 0.0245   100 KRW 0.1508   1 KWD 5.6036   1 KZT 0.0046   100 LBP 0.1126   1 MDL 0.0999   1 MXN 0.0883   1 MYR 0.4089   1 NOK 0.2067   1 NZD 1.1207   1 PLN 0.4556   1 RUB 0.0259   1 SAR 0.4531   1 SDR 2.3635   1 SEK 0.1892   1 SGD 1.2348   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.3012   1 TWD 0.0551   1 UAH 0.0604   100 UZS 0.0207   1 XAG 24.9359   1 XAU 2087.5149   1 XPD 1856.6040   1 XPT 1419.1429   1 ZAR 0.1182   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Banklar


Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında
12.02.2018

Mərkəzi Bankın məlumatına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdir.

Faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilmişdir. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcəkdir.  

Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqındaqərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə almışdır. 

Xarici mühit. 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin etmişdir. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən illə müqayisədə (0.5 mlrd. ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalmış, turizm xidmətləri üzrə müsbət saldo əldə olunmuşdur. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olmuşdur. 

Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artmışdır.

Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.  

Valyuta bazarı. Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənmişdir. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur.

Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir etmişdir.

Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşmışdır. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.  

Monetar şərait. 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artmışdır. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır. 

İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir.

Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir etmişdir.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5.5% təşkil etmişdir. Antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynamışdır.

Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olmuşdur.

Qiymətləndirmələrə görə dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir etmişdir. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaqdır.       

İqtisadi aktivlik. 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə qeyri-neft sektorunda 2.7%-lik iqtisadi artım baş vermişdir. O cümlədən qeyri-neft sənayesində 3.7%, kənd təsərrüfatında 4.2% iqtisadi artım olmuşdur. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənmişdir. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir. 

Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaqdır.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcəkdir.

 





18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment