1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Parisdə keçiriləcək beynəlxalq startap yarışında iştirak edəcək
14.02.2018

Baki, FinanceTime.  Bakıda qadınlar arasında keçirilən “Global Startup Weekend” (“GSWW 2018”)tədbirinin qalibi “TalentPort” layihəsi oldu. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda martın 7-da Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda ümumiyyətlə 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak edib. Tədbirin açılışında iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanlayıb və qalibin Paris səfərinin faydalı keçməsini arzu edib.

“Startup Weekend” tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startap, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın nəticələrinə əsasən, “TalentPort”komandası 1-ci yerə layiq görülüb. Qalib komanda “RCI Bank & Services”, “AccorHotels”, “Air France”, “Wavestone”, “Air Liquide”, “La Tribune” kimi qlobal sponsorlardan Parisə uçuş bileti, “Accor”hoteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda “Next Step” İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olmaq şansı qazandılar. İkinci yerdə “SuperNanny”, 3-cü yerdə isə “Creyofu” koamdaları qərarlaşıb.

Qeyd edək ki, “GSWW 2018”in Bakı finalının baş sponsoru qismində “Azər Türk Bank” Dövlət Bankı, sponsorları qismində isə “EY Azərbaycan”, ADA Universiteti, “Red Communications”, “Khazar Ventures”, “ATL Tech”, “Özsüt” restoranlar şəbəkəsi, “Topkimi” və “Pizza Mizza”çıxış ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment