1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


WoWoman Azerbaijan platformasının 3 yaşına həsr olunmuş tədbir baş tutmuşdur
19.02.2018

18 fevral tarixində Pullman Hotel-də WoWoman Azerbaijan platformasının 3 yaşına həsr olunmuş tədbir baş tutmuşdur.

Tədbirə həm dövlət, həm də özəl olmaqla müxtəlif sahələrin nümayəndələri, fikir liderləri, mediya və platforma üzvləri ilə birgə 400-dən çox qonaq təşrif buyurmuşdur. Tədbirin Gold sponsoru AzerTurk Bankdır.

WoWoman – qadınların inkişafı və ilhamlanması üçün yaradılmış platformadır. 3 illik böyük əməyin bəhrəsi olaraq platforma 200-dən çox tədbir və təlimlər təşkil etmiş, icma üzvləri üçün 40-dan çox maarifləndirici proqram və layihə hazırlamışdır. Hazırda WoWoman Azerbaijan qrupunda 20.000-dən çox üzv var.

Fəaliyyətinə sıfırdan başlamış təşkilat qısa müddət ərzində böyük inkişaf səviyyəsinə çatmaq, Google və Microsoft kimi şirkətlərlə əməkdaşlıq etmək, habelə Qırğızıstan və Pakistanda nümayəndəlik təsis etməyə müvəffəq olmuşdur. Bundan əlavə, WoWoman Stanford, MIT, Harvard, Almaniyada keçirilmiş TEDx, Estoniyada keçirilmiş Latitude59 və Ukraynada keçirilmiş Impact Hub kimi tədbirlərdə dünya arenasında təqdim olunmuşdur.

«Bütün bunların xarici investisiya olmadan, cəmiyyətimiz üçün faydalı və lazımlı işlər görəməyə böyük həvəsi olan könüllülərdən ibarət komanda səyəsində ərsəyə gəldiyinə çoxları inanmır. Bu ildən etibarən həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda inkişaf etmək üçün sponsor və tərəfdaşlarla birgə aktiv fəaliyyətə başlayacayıq”, - deyə WoWoman Azerbaijan platformasının təsisçisi Zara Hüseynova bildirmişdir.

Ötən il əsas diqqət onlayn maarifləndirməyə yönəlmişdi. Bu il isə təşkilatın daha qlobal planları var – iddialı WoWoman komandası IT, dizayn, rəqəmsal marketinq, PR, HR və satış, sahibkarlıq kimi sahələrə aid layihələrə, həmçinin iştirakçılarını yeni imkanlarla sevindirməyə fokuslanmışdır. İlin ən yaxşı layihəsi adına layiq görülmüş “WoWoman in Me” layihəsinin 2-ci dəfə keçirilməsi, həmçinin Azərbaycanda qadınların səs vermə hüqunun 100 illiyinə həsr olunmuş marafon planlaşdırılır. Tədbir zamanı həmçinin ilin ən yaxşı təlimçisi, tərəfdaşı və komandasının mükafatlandırma mərasimi baş tutmuşdur.

«Bu il başlatdığımız əsas işlərdən biri də üzvlərimizə il ərzində tədbirlərimizdə üstünlüklərdən, həmçinin bizim və tərəfdaşlarımızın təqdim etdiyi endirmlərdən yararlanmaq imkanı verən və hər kəsin səbirsizliklə gözlədiyi üzvlük sistemidir», - deyə Zara bildirmişdir. Mart ayının 1-nə kimi kartı endirimlə öncədən sifariş etmək və üstünlükləri haqda məlumatı buradan http://wowoman.org/membership əldə etmək mümkündür.  Facebook-dakı grup - https://www.facebook.com/groups/711082735656092/

WoWoman xarici şirkət və mütəxsəssislərlə əməkdaşlıq edərək və sözün əsil mənasında beynəlxalq komanda yaradaraq qlobal müstəvidə inkişaf etməyə davam edir.

«Bu il Şərqi Avropa, Yaxın Şərqin bir neçə şəhərləri və hətta Asiyaya belə çatmaq istəyirik. Komandanın üzvü olduğum üçün və Azərbaycan brendini bütün dünyaya tanıtdığım üçün qürur hiss duyuram», - deyə WoWoman platformasının səlahiyyətli PR elçisi olacaq ukraynalı PR ekspert Marina Skripnik bildirmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment