1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Telia şirkəti Azercell-dəki payını satmağa razılaşdı
05.03.2018

TeliaSonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib. 

Baki, FinanceTime. Bu barədə şirkətin rəsmi internet saytında açıqlama dərc edilib: https://www.teliacompany.com/en/news/press-releases/2018/3/telia-company-agrees-to-divest-its-interest-in-azercell/

“Sevindirici haldır ki, biz Turkcell ilə birlikdə Azərbaycanda fəaliyət göstərən Azercell-dəki payımızı satmaq barədə birgə razılığa gəldik. Bu bizim Avrasiya məkanından çıxmaq üzrə səylərimiz çərçivəsində 4-cü satışdır. Bizim Yeni Nəsil Telco strategiyamıza əsasən əsas diqqəti artıq Nordik və Baltik regionuna yönəldirik. Mən Azercell-in bütün əməkdaşlarına göstərdikləri böyük zəhmətə və töhfəyə görə təşəkkür edir və onlara şirkətin fəaliyyətinin növbəti mərhələsində uğurlar arzu edirəm”, Telia Şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Johan Dennelind bildirdi.

Fintur özünün Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş (Azertel) şirkətindəki 51.3 faizlik payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Telekom MMC-yə (Azintelecom) satır. Fintur şirkəti hazırda Telia Şirkətinə (58.55 faiz) və Turkcell-ə (41.45 faiz) məxsusdur.

Azertel Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarıdır. Fintur-un Azertel-dəki 51.3 faiz payı üzrə razılaşdırılmış məbləğ 222 milyon Avrodur. Azercell-in 100 faiz kapital dəyəri 432 milyon avro, bazar kapitalizasiyası isə nağd və borcdan azad şəkildə 197 milyon avrodur. Məbləğ 2017-ci il göstəricilərinə əsasən EV/EBİTDA x 2.1-ə bərabərdir.

2017-ci ilin dekabr ayında 2.6 milyard isveç kronası məbləğində tanınan dəyərsizləşmədən əlavə, 3 milyard isveç kronası məbləğində tanınan toplanmış xarici valyuta itkiləri dayandırılmış əməliyyatlardan əldə olunan xalis gəlir kimi yenidən təsnifləşdiriləcək, lakin qrupun kapitalına əhəmiyyətli təsir göstərməyəcək. Əməliyyatın formal şəkildə xalis borc/EBİTDA əmsalını təqribən 0.1 dəfə artıracağı gözlənilir. Yekun rəqəmlər hesabların balans dəyəri və valyuta məzənnələrindəki dəyişiklikdən asılı olaraq müəyyən olunacaq.

Əməliyyatı imzalamazdan əvvəl Telia Şirkəti ciddi uyğunluq yoxlaması və alıcı üzrə yoxlama aparmış və bütün müvafiq yoxlamalar müsbət nəticə ilə başa çatdırılmışdır. Azərbaycanın tam dövlət mülkiyyətində olan şirkət olaraq Azintelecom Telia şirkətinin tələblərinə uyğun alıcıdır.   

Əməliyyat hər hansı şərtdən (o cümlədən tənzimləmə və ya rəqabət ilə bağlı təsdiqlərdən) azaddır və artıq başa çatdırılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment