1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İpoteka kreditləri ilə bağlı Azərbaycan Sığorta Assosiasiyası və həyat sığorta şirkətlərinin görüşü keçirildi
06.03.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İpoteka kreditlərinin mövcud durumunun müzakirəsi məqsədilə görüş keçirildi. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak etdi.

İpoteka Fondu tərəfindən ipoteka qoyulmuş əmlakın və ipoteka qoyan şəxsin həyat sığortası üzrə tariflər görüşün əsas müzakirə mövzusu oldu. Bildirildi ki, bu sığorta predmetləri üzrə tariflərin yüksək olması səbəbindən sığorta haqlarının ipoteka kreditlərinin yekun məbləğini daha da artırması ilə nəticələnir. Bununla əlaqədar, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən tələbin dəyişdirilməsi üzrə təkliflər və nəticələr ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün yekununda mövzu ilə bağlı irəli sürülən təkliflərin daha ətraflı müzakirəsi üçün İpoteka Fondu ilə görüşün keçirilməsi qərara alındı.

Xatırladaq ki, 15 aprel 2005-ci ildə qəbul edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə həmçinin, öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməli olduğu tələbi müəyyən olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment