1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AtaTravel” işgüzar qadınlar üçün təlim keçirdi
07.03.2018

Baki, FinanceTime.  6 mart 2018-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaTravel” MMC tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün PR işinin təşkili, vaxtın idarəedilməsi və uğurun sirri mövzularında təlim keçirildi.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı bildirdi ki, hər bir sahədə olduğu kimi, turizm sahəsində də PR işi çox vacib və böyük önəm daşıyır. Turzim sahəsinin inkişafı ilə bağlı olaraq həm ölkə daxilində, həm də ölkədən xaricdə təbliğat aparılması və bu təbliğatın qarşılıqlı şəkildə əlaqələndirilməsi olduqca effektlidir. Bu baxımdan Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə PR sahəsində yeni texnologiyaların çevik və uğurlu tətbiqi, bu sahədə mütəxəssislərin yüksək səviyyədə hazırlığı, onlara beynəlxalq standartlara uyğun proqramlar əsasında tədris və təlimlər keçirilməsi olduqca məqsədə uyğundur.  

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova iştirakçılara turizm sahəsində PR işinin təşkili və uğurli fəaliyyətlə bağlı təqdimat etdi. Azərbaycanda turizmin rentabelliyinin və gəlirliliyinin artırılmasının zəruri olduğunu diqqətə çatdıran Dilara Zamanova, bu məsələdə turizmlə bağlı PR sahəsinin inkişafını əsas məqamlardan biri kimi vurğuladı.        

Daha sonra təlimçi Çimnaz Qasımova tədbirdə qadınların uğurlu fəaliyyətində vaxtın idarə olunması, uğurun sirri və motivasiya mövzusunda danışaraq iş, karyera və ambisiyalarla həyat tərzi, yəni sağlamlıq, məmnuniyyət, asudə vaxt və ailə arasında balansın formalaşdırılmasının insanlar üçün vacibliyini bildirdi. Diqqətə çatdırıldı ki, iş və asudə vaxt bölgüsü və balansı hələ 19-cu əsrin əvvəllərindən Qərbdə aktual məsələ kimi gündəmə gətirilib və həmin vaxtdan başlayaraq, iş-həyat balansına mükəmməl formada nail olunması üçün bir sıra konsepsiyalar ortaya çıxıb. Təlimçi tərəfindən iş-həyat balansının pozulması hallarına hazırda inkişaf etmiş ölkələrdə də rast gəlindiyi və bu problemin insanların həyatına mənfi təsir etdiyi bildirildi, iş-həyat balansına nail olunması ilə bağlı vacib tövsiyələr iştirakçıların diqqətinə çatdırıldı.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment