1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Baramanın dəstəyilə “Gələcək üçün Startap” layihəsinin qalibi bəlli oldu
12.03.2018

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir. Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir. Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasındaistiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startapekosisteminin inkişafına təkan verməkdən ibarətdir.

 ADA Universitetində layihə çərçivəsində təşkil olunan intensiv təlim və innovasiya konfransıiştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaratdı. 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutantəlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlandı. Konfransda bir sıra ölkələrdə startapekosistemininyaradılmasında iştirak edən beynəlxalq ekspert TalKatran iştirakçılarla peşəkar təcrübəsini bölüşdü.

Qeyd edək ki, tədbirdə 150-dən artıq gənc iştirak etmiş və müsabiqəyə ümumilikdə 10 komanda qatılmışdır. Beləliklə:
1-ci yerin qalibləri “E-Donor” layihəsi ilə Cəmil Ağasıyev, Elgün Tağızadə, İlkin Huseynov, Dərya Səfərova
2-ci yerin qalibləri “Horti” layihəsi ilə Natəvan Abbasova, Natəvan Əliqızı, ÜlviƏzizli, Sərxan İsmayılov
3-cü yerin qalibi “NannyManny” layihəsi ilə Nigar Əhmədova, Nəzrin Şıxəliyeva​

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra uğurlu şirkətlər yaranıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment