1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Unibank kuboku”nun qalibləri məlum oldu
12.03.2018

Baki, FinanceTime. Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı idman növü üzrə “Unibank kuboku -2018”-in qalibləri müəyyən edilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir, 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komanda Tokio-2020-yə ciddi hazırlaşır: “Bizim hesablamalarımıza görə, azı 2 güllə atıcımız 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmalıdır. Güllə atıcılığında bizim yeni tərəfdaşımız Unibankdır və Unibankın komandaya uzunmüddətli və yaxından dəstək olması idmançılarımızı daha da ruhlandırıb”.

“Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin pərakəndə bankçılıq və marketinq üzrə müavini Taleh Tahirli də idmançılara uğurlar arzulayıb: “Biz qürur duyuruq ki, böyük yarışlara hazırlıq zamanı Unibank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu yarışda biz idmançılarımızın necə əzmlə mübarizə apardıqlarnı gördük və inanırıq ki, güllə atıcılarımız qarşıdakı beynəlxalq yarışlardan yüksək nəticələrlə dönəcəklər”.

Güllə atıcılığı üzrə Milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Yarışda özüm də idmançı kimi iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı bir yarış oldu. Bu həm də böyük yarışlara hazırlıq idi. Unibank qarşıdakı 3 ildə bizim yaxın dəstəkçimiz olacaq, bu bizi böyük qələbələrə daha da ruhlandırır”.

“Unibank kuboku-2018”in qadın idmançılar arasında qalibi Aybəniz Babayeva: “Bu gün çox gözəl yarış keçdi. Həyəcanlı olsam da, gözəl nəticə əldə etdim. Hədəf təbii ki, Tokio-2020-dir!”

Yarışda milli komandanın qadın və kişilərdən ibarət idmançıları öz qüvvələrini sınayıblar. Yarışın nəticələrinə görə qaliblər seçilib:

P1 kateqoriyası (kişilər arasında): I yer: Kamran Zeynalov (229.0 xal) II yer: Elşad Məmmədov (227.2 xal) III yer: Əkbər Muradov (222.4 xal)

P2 kateqoriyası (qadınlar arasında): I yer: Aybəniz Babayeva (223.4 xal) II yer: Gülnarə Niftəliyeva (197.8) III yer: Vüsalə Kərimova (177.1)

Qaliblərə kubok, medal və Unibank tərəfindən hədiyyələr verilib. Xatırladaq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və

beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment