1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “Yüzdən biri ol!” stimullaşdırıcı lotereya kampaniyasına start verdi
13.03.2018

Baki, FinanceTime.  Azərbaycan Beynəlxalq Bankı müştərilərə xoş sürpriz həyəcanı yaşadacaq lotereya kampaniyasına start verib. Bankın“Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının müddəti 15 mart – 30 aprel tarixlərini əhatə edir.

İştirak şərtləri belədir:

-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanıaparılmış bütün əməliyyatlar üzrə, yaxudonlayn qaydada ödənilmiş hər 100 manata (bundan daha az məbləğlər üst-üstə toplanır, eyni zamanda xarici valyutada aparılmış ödənişlərin manat ekvivalentləri nəzərə alınır) görə müştəri bir uduş şansı qazanır.

-Kampaniya dövründə Bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans qazanmış olur.

Məsələn, əgər müştəri kartla ümumən 420 manatlıq ödəniş etmişsə, onun 4 uduş şansı yaranır. Yaxud, bankdan 1500 manatlıq kredit götürdükdə 3 uduş şansı olur. Bir iştirakçı bu imkanların hər ikisindən istifadə etməklə uduş şanslarını istənilən sayda artıra bilər.

Uduş fondu 15 may 2018 – ci il tarixində saat 22:00 – da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq. Qaliblər kompüter vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdanibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 25 iştirakçı 300 manat, 10 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “İpad Pro 9.7”, daha 2 qalibinə “İphone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ əldə edəcək. Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment