1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasında həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi
13.03.2018

Baki, FinanceTime.  Bakı Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirildi.

Görüşdə “Sosial sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edildi. Müraciətdə qeyd olunması zəruri hesab olunan hallar vurğulandı, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirildi. Bununla yanaşı, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, Milli Məclisə müraciət edilməsinə dair fikirlər səsləndirildi.

Qeyd edək ki, “Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan azaddır. Dövlət Sosial Müdafiə Fondu həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində İşçi Qrupu formalaşdırılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment