1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


14 mart tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir
14.03.2018

Baki, FinanceTime.  İclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatmışdır.

Nazir bildirmişdir ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətindəbir çox tədbirlər həyata keçirilmiş, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürmüş, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qorumuşdur. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlamışdır”.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarəedilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunmuş, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovbankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev vəAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid ƏhədovMüşahidə Şurasınınyeni üzvləri təyin olunmuşlar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilmişdir.

Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni sədri Şahmar Mövsümov 1972-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-cı ilin mayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorudur.

Müşahidə Şurasının yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta FondununAzərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin iyunundan Azərbaycan Respublikası Maliyyə nazirinin müavindir.

Müşahidə Şurasının yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, Azərbaycan Respublikası Milli Məclisində, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin martından Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinidir.

Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment