1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) “Bakı-Moskva” aksiyasının qalibini təbrik etdi
15.03.2018

Baki, FinanceTime.  VTB (Azərbaycan)-ın baş ofisində “Bakı-Moskva” aksiyasının qalibinin mükafatlandırılması keçirilib. Aksiyada qalib Faris Xəlilov olub və o, mükafat qismində Bakı-Moskva-Bakı istiqamətində aviabilət qazanıb. Bank adından qalibi VTB (Azərbaycan)-ın Şəbəkənin inkişafı idarəsinin rəisi Pərviz Rəsulov təbrik edib.

Aksiyanın qalibi banka təşəkkür edərək bildirib: “Bu mənim üçün gözlənilməz idi. Belə hədiyyələr almaq hər zaman xoşdur. Aksiyada iştirak etmək isə kifayət qədər asan idi – sadəcə Bakı-Moskva kartı ilə nağdsız ödənişlər etmək tələb olunurdu. Belə gözəl hədiyyə üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm”.

Bank “Bakı-Moskva” kart sahibləri üçün xüsusi aksiyaya Yeni il ərəfəsində start vermişdi. Aksiyanın şərtlərinə əsasən,11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci il müddətində daha çox nağdsız əməliyyatlar həyata keçirən kart sahibi aviabilet qazanırdı. Uçuşun tarixlərini isə qalib seçirdi.

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır. Kartı manat, dollar, avro və rubl valyutasında açmaq olar. Valyutasından asılı olaraq kart hesabındakı qalıq məbləğinə illlik 0,5%-dən 4,5%-dək əlavə gəlir hesablanır. Bundan başqa, kart 0,5% həcmində Cash Back nəzərdə tutur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment