1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı Rusiya və Gürcüstan Bazarını tərk edir
15.03.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. Ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bununla bağlı bildirib: “14 mart 2018-ci il tarixində keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.

Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, “Aqrarkredit”  QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətəötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment