1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İpoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi
15.03.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirildi.

İpoteka və Zəmanət Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu oldu. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulandı. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəmüvafiq olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürüldü.

Görüşün yekunu olaraq, məsələ ilə əlaqədar sığortaçıların İpoteka və Zəmanət Fondu ilə ən qısa müddət ərzində görüşünün təşkil edilməsi qərara alındı.

Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilmişdir. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment