1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Həyat”ın düzgün strategiyası öz bəhrəsini verir
16.03.2018

Baki, FinanceTime.  Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin fevral ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən “Qala Həyat” sığorta şirkəti tərəfindən cari ilin fevral ayındakönüllü və icbari sığorta növləri üzrə ümumilikdə 2,228 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da əvvəlki ayla (yanvar) müqayisədə 1,273 mln. manat və ya 2,3 dəfə çox olub.

Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmində də artım müşahidə olunub. Belə ki, əvvəlki ayla müqayisədə sığorta ödənişlərinin həcmi 1,292 mln. manat və ya 39,64% artaraq 4,551 mln. manata çatıb. Müştərilərə verilən sığorta ödənişləri qanunvericiliyə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.

Ümumiyyətlə, “Qala Həyat” sığorta şirkətindəki bu inkişaf Ali menecment heyətinin tərtib etdiyi strategiyanın düzgün istiqamətə yönəldilməsindən xəbər verir. Peşəkar komanda bu strateji siyasətdən yararlanaraq müştərilərə göstərilən xidmət səviyyəsini daha da yüksəlməklə yanaşı, müştəri məmnuyyətinin də qazanmasına səbəb olub.     

Qeyd edək ki, “Qala Həyat” şirkəti müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, ocümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment