1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcək
16.03.2018

Baki, FinanceTime.   “Nar” Azərbaycanın mobil rabitə bazarında daha bir ilkə imza atdı. İndi “Full” paketlərinin istifadəçiləri öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları  digər bonuslarla dəyişmək imkanından yararlana biləcəklər. Başqa sözlə, abunəçi bu yenilik sayəsində toplanmış bonuslarını danışıq dəqiqələrindən meqabaytlara və ya əksinə, meqabaytlardan danışıq dəqiqələrinə dəyişə biləcək.   

“Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə biləcək, 1 danışıq dəqiqəsini 2 meqabayt internet trafikinə və ya 2 meqabaytı 1 danışıq dəqiqəsinə çevirmək imkanından yararlanacaq. Bütün “Full” istifadəçilərinin faydalana biləcəyi təkliflə həm də dəyişdirilmiş bonuslara nəzarət etmək mümkündür. Hər bir konvertasiya əməliyyatı üzrə nəzərdə tutulmuş ödəniş cəmi 20 qəpik təşkil edir.

Xatırladaq ki, “Full” paketlərinin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. “Full” abunəçilərə ölkədaxili danışıq dəqiqələri və bol internetdən sərfəli qiymətlərlə yararlanmaq imkanını yaradır. Rominqdə olan “Full” istifadəçiləri də paketlərin üstünlüklərindən tam yararlana bilirlər.

“Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar. 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment