1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Audatex sisteminin Azərbaycanda tətbiqi ilə bağlı görüş keçirildi
16.03.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçıların Audatex Azərbaycan şirkəti ilə görüşü keçirildi. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Audatex Azərbaycan şirkətinin nümayəndələri və sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak etdi.

Görüş zamanı Audatex Azərbaycan şirkətinin nümayəndəsi sistemin fəaliyyət mexanizmi barədə sığortaçılara məlumat verdi və Audatex sisteminin Azərbaycan sığorta bazarında tətbiqi məsələsi müzakirə edildi. Həmçinin, sistemin Azərbaycanda tətbiqi üçün mövcud problemlər barədə fikir mübadiləsi aparıldı və bunun həlli üçün təkliflər irəli sürüldü.

Görüşün yekununda Audatex sisteminin tətbiqi üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində İşçi Qrupunun yaradılması qərara alındı.

Qeyd edək ki, Audatex fəaliyyətini Solera nəzdində həyata keçirən və İsveçrədə yerləşən Audatex Holding GMBH ve Audatex GMBH şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılmışdır. Audatex 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmirmərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxmışdır.

1971-ci ildə Audatex zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunmuşdur. Audatex zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim etmiş beynəlxalq şirkətdir. Bu ölkələrdə Audatex sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərəkbu sahədə standartları müəyyən edir vəsektoru istiqamətləndirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment