1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADA Universiteti və “Coca-Cola” Novruz bayramını ağac əkərək qeyd etdilər
16.03.2018

Baki, FinanceTime.  ADA Universiteti və “Coca-Cola” şirkəti Bakıda VI Bahar Gənclik Festivalını keçirərək Novruz bayramının gəlişini qeyd ediblər. Ənənəvi olaraq bayram şənliyindən öncə ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin tələbə və müəllim heyəti, eləcə də “Coca-Cola“ şirkətinin əməkdaşları “Dədə Qorqud” parkında şam ağacları əkiblər.

Sözügedən ağacəkmə aksiyası “Coca-Cola” Fondu, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək” adlı layihəsinin bir hissəsidir.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: «“Coca-Cola” şirkəti ilə ölkəmizi gözəlləşdirmək istiqamətində başladığımız bu əməkdaşlıq artıq 50 min ağacın əkilməsi ilə nəticələnib. Ağacların əsasən eldar şamı və zeytun ağacları olması şüurlu bir seçimdir, çünki hər iki ağac həmişə yaşıl, uzunömürlü və estetik eləcə də su ehtiyatlarını qənayətlə istifadə edən və Azərbaycan iqliminə uyğun ağaclardı. Ağacları əkməklə kifayətlənmirik, həm də böyüdür və yaşadırıq, çünki ağac əkənlər çoxdur amma ağaca baxanlar və qoruyanlar azdır. Ağacəkmə aksiyasında iştirak edən hər bir kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm».

Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına verdiyi prioriteti vurğulayıb: “Sosial məsuliyyətli bir şirkət olaraq “Coca-Cola” hər zaman fəalliyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Artıq dörd ildir ki, “Coca-Cola Fondu” və ADA Universiteti Azərbaycanın yaşıllaşdırılması üçün əməkdaşlıq edir və bu əməkdaşlığın nəticəsi olaraq 50 min ağacın əkilməsi bizə xüsusi qürur hissi verir. Bu əməkdaşlıq “Coca-Cola”və ADA Universitetinin ölkəmizin təbiyətinə olan töhfəsidir. Fürsətdən yararlanaraq bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevinci və xoş günlər arzulayırıq”.

Layihə çərçivəsində Ələt, Siyəzən, Şıxov və Pirəkəşkül də daxil olmaqla 55 hektara yaxın boş ərazidə bu günədək 50 min  çinar, zeytun və şam ağacları əkilib. Layihənin icrasına başlamazdan əvvəl bu ərazilərin əksər hissəsi yarımsəhralıq olub. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, bütövlükdə eko-sistemin inkişafına öz faydasını verir. Ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olmaları üçün ərazilər daimi olaraq nəzarətdə saxlanılır.

“Dədə Qorqud” parkında keçirilən ağacəkmə aksiyasından sonra VI Bahar Gənclik Festivalına start verilib. Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, ADA Universitetinin Tədris mərkəzinə əsl bayram ab-havası gətirib. ADA Universitetində qurulan "Coca-Cola" səhnəsində ADA Universitetinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, həmçinin Azərbaycanın xalq artisti Aygün Kazımova, Azərbaycanın əməkdar artisti Lalə Məmmədova, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandan olan iştirakçıları və bir sıra digər tanınmış pop və milli musiqi ifaçıları qonaqları mahnıları ilə sevindirib.

Layihə haqqında videonu buradaki linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=WfP5Z3u_vJ4


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment