1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Opalus Partners” şirkəti UNEC tələbələri üçün təlim keçirdi
17.04.2018

Baki, FinanceTime.   13 aprel 2018-ci il tarixində  “Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova  UNEC  tələbələri üçün “İnsan Resurslarının idarədilməsi” mövzunda təlim keçirdi.  Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Opalus Partners” şirkəti ilə uğurlu əməkdaşlıqdan söz açıb.  Bu qurumun UNEC tələbələri üçün mütəmadi müxtəlif mövzularda  təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.

Təlimdə “Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova insan resurslarının idarə edilməsi və uğurlu karyera mövzusunda tələbələrə ətraflı məlumat verdi. Çimnaz Qasımova bildirdi ki, insan resursları hər bir təşkilatın strukturuna daxil olan ən önəmli bölmələrdən biridir və İnsan Resursları üzrə mütəxəssislərin hazırlanması, onların peşəkar fəaliyyəti də hər hansı bir müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır. Təlimdə işçilərin motivasiyasını yüksəltmək məqsədilə mütəmadi olaraq istifadə olunan metodlar ilə bağlı məsələlərə toxunuldu. Həmçinin, iştirakçılar arasında qrup çalışması keçirildi.

Sonda Çimnaz Qasımova təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.

Sonda təlimdə iştirak edən tələbələrə “Opalus Partners” şirkətinin sertifikatları təqdim edildi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment