1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasında sığortaçıların təlim-tədrisi mövzusunda görüş keçirilib
18.04.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığortaçıların təlim-tədris proqramlarının yaradılması və müvafiq iştiqamətlər üzrə təlimlərin təşkili üzrə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Tədris Mərkəzinin direktoru Anar Həsənov, Ekspress Qrup Training & Consulting şirkətinin rəhbəri Abbas Abbaslı və sığorta üzrə ekspert Orxan Həsənov iştirak edib.

Görüş zamanı ASA-nın sədri qeyd edib ki, sığorta bazarının inkişafı üçün sığorta münasibətlərinin peşəkar iştirakçılarının (vasitəçilər, ekspertlər, qiymətləndiricilər, yardımçı fəaliyyətlə məşqul olan digər şəxslər) bilik və təcrübə səviyyələrinin artırılmasına böyük ehtiyac vardır. O həmçinin qeyd edib ki, ASA-da sığorta bazarında bilik səviyyəsinin artırılması üzrə xüsusi inkişaf strateqiyası hazırlanmaqdadır.

Görüşdə sığorta şirkətlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə sorğunun keçirilməsi və gələn tələblər əsasında fərqli kəsimlər üzrə təlim layihələrinin hazırlanması – proqramların yazılması və beynəlxalq səviyyəli peşəkar təlimlərin təşkili üzrə müvafiq işlərə başlamaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, indiyədək ASA-nın təşkilatçılığı ilə aktuari, agentlərin sertifikasiyası, PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) və CII Award in General Insurance təlimləri keçirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment