1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” aviaşirkəti “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransına” ev sahibliyi edib
19.04.2018

“Türk Hava Yolları”nın nüfuzlu təhsil mərkəzi olan Türkiyə Aviasiya Akademiyasında keçirilən konfrans ümumdünya aviasiya gündəliyinə daxil edilən mühüm məsələlərdən olub.

Baki, FinanceTime. İlk olaraq “Türk Hava Yolları”nın heyətinə təlim təşkil etmək üçün yaradılan Türkiyə Aviasiya Akademiyası zaman keçdikcə bir çox dünya və regional aviaşirkətlər üçün ən çox istənilən tədris mərkəzinə çevrilib.Təcrübəli müəllim heyətinə və yüksək tədris səviyyəsinə malik olan Akademiya artıq 30 ildir peşəkar mütəxəssis hazırlığını həyata keçirir.

Mülki aviasiya üzrə aparıcı təhsil mərkəzlərindən biri sayılan Türkiyə Aviasiya Akademiyası aprel ayında illik “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransı”na ev sahibliyi edib.

“Bu il sponsoru olduğumuz “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransı” mülki aviasiya gündəliyində mühüm yer tutur.İnkişafını davam etdirən “Türk Hava Yolları” aviaşirkəti bu cür əhəmiyyətli hadisəni ölkəmizin ürəyində–çox əlverişli coğrafi mövqəyə malik olan İstanbulda qəbul etməyə şaddır.Hesab edirik ki, Türkiyə Aviasiya Akademiyası tərəfindən və “Türk Hava Yolları”nın dəstəyi ilə keçirilən bu konfrans brendimizin inkişafına və sahə mütəxəssislərinin ixtisas səviyyəsinin artırılmasına kömək edir, həmçininTürkiyənin mülki aviasiyas mövqeyini möhkəmləndirir.Bundan əlavə, Akademiya regionun görkəmli təhsil və innovasiya mərkəzi statusunu bir daha vurğulamışdır”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı bildirib.

“Yüksək ixtisaslı heyətin mövcudluğu aviasiya sahəsinin müvəffəqiyyətinə səbəb olub.IATA hər il aviasiya sahəsində dünya üzrə 100 mindən artıq peşəkarlarıntəlimində öz tənzimləyici rolu ilə fəxr edir. Biz bu il “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransı”nın dəstəyinə görə “Türk Hava Yolları”na təşəkkür edirik. “Türk Hava Yolları”aviaşirkəti bu tədbirin uğurlu təşkilinə böyük əhəmiyyət verir və bununla əməkdaşlarının potensialını maksimum dərəcədə reallaşdırmaq istəyini bir daha vurğulayır”, - deyə “IATA Avropa”nın regional vitse-prezidenti Rafael Şvartsman.

Sözügedən tədbir çərçivəsindəI ATA2018-ci ilin"Aparıcı tərəfdaşlarını", həmçinin ən yaxşı regional tərəfdaşları mükafatlandırıb.Ümumiyyətlə, aviasiya üzrə beynəlxalq panel müzakirələrində və sahə üzrə treninqlərdə dünyanın 60 ölkəsindən 200-dən çox nümayəndə iştirak edib.IATA-nın 450-dən artıq beynəlxalq tərəfdaşları hazırlıqlı tələbələrin sayı, müvəffəqiyyət göstəriciləri üzrə müəyyən edilən tədrisin keyfiyyəti kimi müxtəlif meyarlar üzrə qiymətləndirilir. IATA-nın tərəfdaşları tərəfindın təmin olunanyüksək keyfiyyətli təhsil yeni nəsil peşəkarların yetişdirilməsinə əhəmiyyətli dərəcədə töhfə verir.

Son iki il ərzində Türkiyə Aviasiya AkademiyasıIATA ilə birgəminlərlə iştirakçını əhatə edən50-dən çox təhsil proqramı həyata keçirib. Türkiyə Aviasiya Akademiyası IATA-nın ən yaxşı regional tərəfdaşlarından biridır və o, 2018-ci ildə artıq üçüncü dəfə "Aparıcı tərəfdaş" adına layiq görülüb. Konfransda Türkiyə Aviasiya Akademiyası bu nailiyyətinə görə də mükafat alıb.

Türkiyə Aviasiya Akademiyası aviasiya idarəetməsində kadrların hazırlanması üzrəliderlik edən sahə mərkəzidir.Akademiyabeynəlxalq nüfuz qazanmış kurslar, eləcə də diplom proqramları üzrə təhsil təklif edir.Təhsil IATA-nın mütəxəssisləri tərəfindən keçirilir.

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment