1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib
20.04.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov və müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “Paşa Sığorta” Şirkətinin nümayəndələri və bu sahə üzrə məsul şəxslər iştirak edib.

Görüş zamanı Azərbaycanda həkimlərin peşə məsuliyyətinin könüllü qaydada sığortalandığı vurğulanaraq bunun icbari qaydada tətbiqinin həm həkimlər, həm də pasiyentlərə münasibətdə əhəmiyyətli olacağı bildirilib. Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensiyasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və mənəvi müdafiəsinin təmin edilməsindən ibarətdir.

Nəzərə alsaq ki, bu sığorta növü beynəlxalq təcrübədə geniş istifadə olunur və həkim səhvi günümüzün aktual problemlərdən biridir, bunların bu və ya digər formada tənzimlənməsi tələb olunur. Bu baxımdan, həkimlərin peşə məsuliyyətinin icbari sığortası mexanizmi hər bir şəxsin öz məsuliyyətinin dərk baxımından önəmlidir.

Bunun ilkin olaraq özəl tibb müəssisələrinə tətbiq edilməsinin məqsədə müvafiq olacağını təklif edilib. Eləcə də, həkimlərin məsuliyyətinin icbari qaydada sığortalanması barədə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna maddə əlavə edilməsi və bununla bağlı Qaydaların hazırlanması da müzakirə predmeti olub. Müzakirələrin yekunu olaraq beynəlxalq təcrübənin araşdırılması və müvafiq Azərbaycan modelinin hazırlanmasını qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Həkimlərin peşə məsuliyyətinin sığortalanması üzrə işçi qrupu formalaşdırılmış və bununla bağlı artıq iki görüş təşkil olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment