1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib
23.04.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, Audatex Azərbaycan şirkətinin nümayəndələri, MBNP-nin əməkdaşı Aqşin Əlizadə, eləcə də, işçi qrupunun üzvü olan sığorta şirkətlərinin zərər tənzimlənməsi üzrə məsul şəxsləri iştirak edib.

Görüş zamanı Audatex Azərbaycan şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb. Təklif edilən modellərdən biri Amortizasiya, digəri isə Auksion (Hərrac) modelidir.

Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görəköhnəlmə əmsalı tətbiq edilərək hesablanır.

Auksion (Hərrac) modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.

Görüş zamanı sığortaçılar tərəfindən hər iki model üzrə öz mövqe və yanaşmalar təqdim edilərək geniş müzakirələr aparılıb. Görüşün yekunu olaraq Auksion modelinin daha məqsədmüvafiq olacağını bildirib. Lakin bu modelin və bununla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisələr üzrə zərər tənzimlənməsinin bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar verdilər.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun sayca ikinci görüşü idi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment