1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AFB Bank 2018-ci ilə mənfəətlə başlayıb
24.04.2018

Baki, FinanceTime. AFB Bank 2018-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.Rüb ərzində gəlirləri 11 milyon 751 min manat, xərcləri 6 milyon 560 min manat olan Bankın xalis mənfəəti 5 milyon 191 min manat təşkil etmişdir.

Bankın aktivləri 30 mart 2018-ci il tarixinə 466 milyon 208 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 47% artmışdır.

AFB Bank-ın məcmu kapitalı 70 milyon 687 minmanat, nizamnamə kapitalı isə 70 milyon 393 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın kommersiya banklarının kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 22.37%, məcmu kapitalın adekvatlığı isə 27.67% təşkil edir.

Bank ilin ilk rübündə aktivlər üzrə ehtiyatların yaradılmasına 2 milyon 510 min manat ayırmışdır.Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1.12%, kapitalın gəlirliliyi (ROE) əmsalıisə 7.37% təşkil etmişdir.

AFB Bank-ın İdarə Heyətinin sədri Zaur Qaraisayev bildirmişdir ki, Bankın 2018-2020-ci illər üzrə təyin etdiyi Strateji inkişaf planının önəmli prioritetləri olan rəqabətli və qabaqcıl texnologiyaların tətbiqi, maliyyə alətlərinin təkmilləşdirilməsi, mövcud portfelin keyfiyyətinin yaxşılaşdırılması, müştərilərə daha yaxın və yüksək xidmətlərin göstərilməsi məqsədilə Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və səmərəli fəaliyyəti, infrastrukturun və Bank imicinin yüksək səviyyəyə çatdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərlə fəaliyyətini sürətlə davam etdirir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərin tətbiqinə xüsusi önəm verir.

Fəaliyyət dövrünün 9 illiyini qeyd edən AFB Bank mərkəzi ofisindən əlavə regionlar daxil olmaqla ümumi 10 filialı, 5 şöbəsi və eyni zamanda ölkə üzrə 50 bankomatı əhatə edən xidmət şəbəkəsinə malikdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment