Baki, FinanceTime. Bugündən etibarən “Met-Ak”MMC-nin istiqrazlarının ikinci buraxılışının (ISIN nömrəsi AZ2002020272) BFB-də təkrar bazarda ticarətinə start verilir.
Metak istiqrazlarının ilkin bazarda satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı BFB-də ticarətinin başlanmasının simvolizə edən “Açılış Zəngi” təşkil olunmuşdur.
Metak istiqrazlarının ticarəti BFB-nin Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemində (CETA) elektron ticarət platformasında həyata keçirilir.
Metak İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə müraciət oluna bilər.
Qeyd edək ki, Listinq Məsləhət Proqramı çərçivəsində Metak özünün ikinci buraxılışını həyata keçirmişdir.
Əlavə məlumat üçün www.bfb.az saytına daxil ola bilərsiniz.