1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AtaHolding” Ümummilli Liderin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirdi
11.05.2018

Baki, FinanceTime.   “AtaHolding” Bilgəh Qocalar evinin sakinləri üçün Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirdi. 

Tədbirin açılışında Qocalar evinin rəhbəri Qətibə Əsədova “AtaHolding”in rəhbərliyinə və kollektivinə gözəl tədbir təşkil etdiklərinə görə dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş bu tədbir çox əlamətdardır. Qətibə xanım qeyd etdi ki, bir-birinin ardınca gələn bu əlamətdar günlərin ölkə səviyyəsində qeyd edilməsi milli və bəşəri dəyərlərə dövlət rəhbərliyi tərəfindən böyük önəm verilməsinin bariz nümunəsidir. 

“AtaHolding”in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur, çünki O, istər hakimiyyətinin birinci dövründə, istərsə də müstəqilliyin ilk illərində ölkə rəhbərliyinə qayıtmaqla Azərbaycanın gələcək uğurlarını təmin etmişdir: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər daxili çaxnaşmalar, vətəndaş müharibəsi, səfalət, ictimai-siyasi və iqtisadi böhran məngənəsində boğulan, yox olmaq təhlükəsi ilə üzləşən ölkəni xilas etdi, onun müəllifi olduğu dövlət quruculuğu strategiyası Azərbaycanın hərtərəfli, sabit və dönməz inkişafının, müstəqilliyinin qarantına çevrildi”. Faşizm üzərində qələbənin dünya xalqlarını, o cümlədən, Azərbaycanı ovaxtkı dəhşətli müharibə və məhrumiyyətlərdən xilas etdiyini xatırladan D.Zamanova diqqətə çatdırdı ki, faşizm üzərində qələbə çalmaqla dünyanın xilas edilməsində Azərbaycanın da mühüm rolu olub. Belə ki, müharibə vaxtı Sovet ordusunun neft təchizatının 70 faizi məhz Bakının payına düşüb, 600 mindən çox azərbaycanlı cəbhədə düşmənə qarşı vuruşub, onlardan 300 mini həlak olub.  Tədbirdə saksofon ifa edən Fərid Ağayev bu əlamətdar günlərə həsr olunmuş tədbirin Qocalar evinin sakinləri üçün yaddaqalan olduğunu qeyd etdi. Bilgəh Qocalar evində təşkil edilmiş tədbirdə  çay süfrəsi arxasında Qocalar evinin sakinləri konsert proqramını izlədilər. Tədbirdə saksofonist Fərid Ağayevin və səs rejissoru Rasim Məmmədovun müşayiəti ilə müğənnilər Həyat Həsənzadə, Sübhan Aşurov, Orxan Bağırov, sintezator ifaçısı Etibar Abdullayev gözəl konsert proqramı ilə çıxış  etdilər. Qocalar evinin sakinləri onlar üçün təşkil edilən əyləncəli proqrama görə təşəkkürlərini bildirdilər, musiqi sədaları altında həvəslə rəqs etdilər. Tədbirdə sakinlər özləri də mahnı ifa etdilər və şeirlərlə çıxış etdilər.

"AtaHolding" əməkdaşlarından Valeh Babayev, Fərid Malikzadə, Nigar Novruzova, Şərqiyyə Ağayeva və “Bizim Yol” qəzetindən Gülnarə Məmmədova təşkilatı işlərdə fəal iştirak etdilər. 

https://youtu.be/XLPFhc7YYmg


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment