1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham Azərbaycan”ın nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
14.05.2018

Baki, FinanceTime. Azərbaycanda fəaliyyət göstərən və ABŞ investisiyasını təmsil edən 10 nəfərdən artıqşirkət rəhbərindən ibarət nümayəndə heyəti Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) dördgünlük “Door-Knock” missiyası çərçivəsində mayın 14-də Vaşinqtona səfər edib.

“AmCham Azərbaycan”ınicraçı direktoru xanım Natəvan Məmmədova və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti,“AmCham Azərbaycan”ın Direktorlar Şurasının üzvü Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyətində “Chevron Xəzər”, “KPMG Azərbaycan”, “Coca-Cola”, “Nobel Oil”in Azərbaycan filialı, “FedEx Express”, “Cross Caspian Oil and Gas Logistics”, “Boeing” və “John Deere” şirkətlərinin təmsilçiləri iştirak edirlər.

“AmCham”tarixində ilk dəfə keçirdiyi “Door-Knock” missiyasının məqsədi Azərbaycana investisiyaları təşviq etməkdən ibarətdir. Bu məqsədlə “AmCham” nümayəndələri dörd gün ərzində ABŞ Konqresinin üzvləri, Administrasiya rəsmiləri, analitik mərkəzlərin əməkdaşları, ABŞ biznes icmasının rəhbərləri və digər şəxslərlə çoxsaylı görüşlər keçirəcək. Görüşlər zamanı nümayəndə heyəti müvafiq şəxslərə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, biznes imkanlarının potensialı və ABŞ-Azərbaycan iqtisadi münasibətləri haqqında ətraflı məlumat verəcək.

Bundan başqa, səfərzamanı nümayəndə heyətiABŞ Ticarət Palatasında keçiriləcək Üçüncü Trans-Xəzər Forumuna da qatılacaq. Forumda ABŞ-ın və Trans-Xəzər dəhlizi ölkələrinin ictimai xadimləri və biznes liderləri bir araya gələrək strateji tərəfdaşlığın inkişaf etdirilməsi, o cümlədənbiznes, ticarət və investisiya imkanlarını müzakirə edəcəklər.

Növbəti günlər ərzində missiya və onun nəticələri barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı, aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment