Baki, FinanceTime. 15 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105008699 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 94.7422 AZN (11.0000%) və 100.0000 AZN (8.0000%) olan 20 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7643 AZN (9.2500%), orta ölçülmüş qiyməti 98.8814 AZN (8.6208%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 006 400,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 12 may 2020-ci il.
Hərrac iştirakçıları 16 may 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.