1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi bu gün Xəzər TV-nin canlı efirində “Yüzdən biri ol”acaq!
15.05.2018

Baki, FinanceTime.  Azərbaycan Beynəlxalq Bankının“Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu bu gün saat 22:00–da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq.Canlı yayımı eyni vaxtda bankın Facebook səhifəsində də izləmək olar.

Bugünkü canlı yayımda qaliblər kompüter vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 25 iştirakçı 300 manat, 10 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “İpad Pro 9.7”, daha 2 qalibinə “İphone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ əldə edəcək. Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq. 

Xatırladaq ki, lotereya kampaniyası 15 mart – 30 aprel tarixlərini əhatə edib. İştirak şərtlərinə görə, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxudonlayn qaydada ödənilmiş hər 100 manata (bundan daha az məbləğlər üst-üstə toplanır, eyni zamanda xarici valyutada aparılmış ödənişlərin manat ekvivalentləri nəzərə alınır) görə müştəri bir uduş şansı qazanırdı. Eyni zamanda, kampaniya dövründə Bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans qazanmış olurdu.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment