1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət”in ideya müvəkkili Qlobal Sammitdə iştirak edib
15.05.2018

Baki, FinanceTime.  İsrailin Təl-Əviv şəhərində ABŞ-ın məşhur Forbes jurnalı tərəfindən istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (“30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçılar üçün Qlobal Sammit təşkil olunub.

35 müxtəlif ölkədən 20 kateqoriya üzrə 750 gənc sahibkarın iştirakı ilə ilk dəfə təşkil olunan sammitdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ideya müvəkkili Reyhan Camalova və İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova da iştirak ediblər.

Sammitin açılış mərasimindən sonra innovasiyalar üzrə tanınmış biznes liderlərinin çıxışları dinlənilib .

Tədbir zamanı Reyhan Camalovanın yağış suyundan enerji əldə etməyə imkan verən "Rainergy" layihəsi investorların diqqətini cəlb edib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, cari ilin mart ayında "Forbes" jurnalının "Asiyanın gələcəyi üçün çalışan 30 yaşı tamam olmayan 30 gənc ixtiraçı" adlı hesabatında Asiya qitəsində yerləşən müxtəlif ölkələrdən olan gənclərin ətraf mühitin qorunması və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair hazırladıqları ixtiralar yer alıb. Gənc ixtiraçı Reyhan Camalovanın adı jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (“30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment