1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Palata Kənd təsərrüfatı sığortasına dair tədbir keçirib
24.05.2018

Baki, FinanceTime.  "Boulevard Hotel Baku"-da Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin, həmçinin Türkiyə Respublikasının aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan “TARSİM” əməliyyat modelinin fəaliyyətinə dair təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri, bank və sığorta şirkətlərinin, fermerlər assosiasiyasının fəal üzvləri iştirak ediblər.

Təqdimat mərasimini çıxış nitqi ilə açan Palatanın Baş icraçı direktoru İbrahim Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kənd təsərrüfatı sığortası üzrə dayanıqlı və davamlı modelinin formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” qeyd olunan prioritetdən biridir.

İ. Alışovun sözlərinə görə, bu istiqamətdə Palata və yaradılmış müvafiq işçi qrupu tərəfindən ABŞ, İspaniya, İsrail, Kanada və Türkiyə Respublikasının aqrar-sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə araşdırılmış, habelə Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan “TARSİM” modeli öyrənilmişdir. Yerli vəbeynəlxalq ekspertlərin birgə səmərəli əməkdaşlığı nəticəsində ölkə üçün məqbul hesab edilən “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin yekun modeli aidiyyəti qurumlara rəylərin bildirilməsi üçün təqdim edilmişdir. Baş icraçı direktor bildirib ki, bu qanun layihəsi ölkədə qeyri neft sektorurun inkişafına əlavə dəstək vermiş olacaq.

Çıxışının yekununda İ. Alışov qeyd edib ki, kənd təsərrüfatı sığortası subsidiyaları ilə bağlı mexanizmin işlək hala gətirilməsi üçün aqrar sğorta fondu yaradılacaq və dövlət-özəl əməkdaşlığının tətbiq edilməsi bu sahəyə həm sığorta şirkətlərinin, həm də istehsalçıların maraqlarının artması ilə nəticələnəcəkdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev bildirib ki, “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin qəbul edilməsi sözügedən sahə üzrə işgüzar aktivliyinin artmasına gətirib çıxaracaqdır.

Tədbirə xüsusi dəvət olunmuş Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi BekirEngürülü və digər ekspertlər Türkiyə Respublikasının kənd təsərrüfatı və aqro sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.

Tədbirin sonunda bank, sığorta və kənd təsərrüfatı sektorlarının mütəxəssisləri və digər qurumların nümayəndələri tərəfindən qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin müzakirəsi aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment