1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Women Bankers Club”, Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilmişdir
25.05.2018

19 may tarixində “Women Bankers Club”, Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilmişdir.

Baki, FinanceTime. Görüşdə klub üzvlərinin bir çoxu, o cümlədən Bank sistemində qabaqcıl yerlər tutan qadın bankir üzvlər də iştirak edirdi. Görüşün rəsmi açılışını PaşaBankın Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva və KapitalBankın İnsan Resursları Departamentinin Direktoru Fərqanə Məmmədova etdilər. Xəyalə xanım, klubun fəaliyyətini yüksək qiymətləndirdi. O, təşkilatçıların əməyinin danılmaz olduğundan və çox böyük və faydalı iş gördüklərini vurğuladı. Fərqanə xanım isə qadının bank sistemində və ümumilikdə cəmiyyətdə rolundan söz açdı. Heç bir çətinliyə baxmayaraq, qadının xoşbəxtliyi üçün çalışmalı olduğunu və xoşbəxt qadının işdə, ailədə və cəmiyyətdə daha faydalı olduğundan danışdı. Klubun hər iki xanım üzvləri sonda klubun fəaliyyətinə bol uğur arzuladılar.

Görüşün bu dəfəki qonağı isə Azərbaycan televisiyasının ulduzu, təkrarolunmaz teleaparıcı, bir çox tanınmış televiziya verilişlərinin müəllifi və prodüsseri Nərgiz Cəlilova idi.  Nərgiz xanım, avtobioqrafiyasından danışdı, peşəkar aparıcı karyerasına başlama tarixindən, aşdığı çətinliklər, həyati prinsiplər, stil, sağlamlıq, qidalanma sirrləri ilə paylaşdı. Görüşün sonunda ASAN Radiosunun direktoru, tanınmış teleaparıcı Emin Musəvi də iştirak edərək, klubun görüşünə xüsusi rəng qatdı.

“Women Bankers Club” mütəmadi olaraq bu növ görüşləri təşkil edəcək və formatın daha faydalı və maraqlı keçməsi üçün tədbirləri davam etdirəcəkdir. Bu barədə klubun facebook səhifəsindən məlumat almaq olar. Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yanlız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Bu qrupda, tədbir öncəsi müzakirələr, maraqlı paylaşımlar və yanlız klub üzvlərinə məxsusi kampaniyalar keçirilməsi nəzərdə tutulur. Hazırda qrupun 500-ə yaxın üzvü vardır.









     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment