1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Üzvlərarası boulinq yarışması” keçirilib
12.06.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Üzvlərarası boulinq yarışması” keçirilib. Yarışmada Birliyə üzv olan sığorta şirkətlərindən “A-Qroup Sığorta”, “Atəşgah Sığorta”, “AtaSığorta”, “AzSığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK Sığorta”, “İpək Yolu Sığorta”, “Qala Sığorta”, “Qala Həyat Sığorta”, “Meqa Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətləri, sığorta vasitəçilərindən “As Prof Sığorta Agentliyi” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”, həmçinin, İcbari Sığorta Bürosunun komandaları iştirak edib.

“Boulinq yarışması”nın açılışında nitq söyləyən Birliyin sədri Mustafa Abbasbəyli bildirib ki, yarışmanın keçirilməsində məqsəd sığorta bazarının peşəkar iştirakçılarının asudə vaxtlarını birlikdə keçirməklə onlar arasında səmimi münasibətlərin formalaşdırılması, eyni zamanda, yarışma əsnasında komanda ruhunun gücləndirilməsi və mehriban rəqabət mühitinin yaradılmasından ibarətdir. Daha sonra hər bir komandaya uğurlar arzu edilərək yarışmaya start verilib.

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 15 komandadan ən çox xal toplayan 5- komanda: “AXA MBASK Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin komandaları ikinci mərhələyə keçib. Final qarşılaşmasında yarışın qalibləri müəyyən olunub. Beləliklə, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil olunan “Üzvlərarası boulinq yarışması”nda “AXA MBASK Sığorta” şirkəti I yer, “Meqa Sığorta” şirkəti II yer və “PAŞA Həyat Sığorta” şirkəti isə III yerə layiq görülüblər. Birinci mərhələ üzrə fərdi qaydada ən çox xalı toplayan isə “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin əməkdaşı Zahid Əliyev olub. Sonda qaliblər mükafatlandırılıb və onlara yarışın kubokları təqdim olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment