1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” ev heyvanlarına aid qacetlərdən istifadə nəyə səbəb ola biləcəyini araşdırıb
21.06.2018

Baki, FinanceTime.   “Kaspersky Lab”ın tədqiqatına* əsasən, orta hesabla ev heyvanları saxlayanların hər beşincisi heyvanların qayğısına qalmağına dair elektron qacet istifadəçisidir. Bu, veb-kameralar, avtomatik yem qutuları və təknələr, elektron oyuncaqlar, smartfon və planşetlər üçün oyunlar, akvariumlar üçün temperatur sensorları və s. ola bilər. Bununla belə, respondentlərin yarısı sözügedən avadanlıqlardan istifadə zamanı hər hansı problemlə rastlaşdıqlarını etiraf ediblər. Bundan başqa, sorğu iştirakçılarının 35%-i bildirib ki, qacetlərdən istifadə ev heyvanları və ya özlərinə müəyyən risklər yaradıb.

Elektron avadanlığın yanlış işləməsi nəticəsində əksər hallarda (34%) heyvanların sağlamlığını təhlükə altında olub. Praktik olaraq hər dördüncü hadisə (23%) zamanı heyvanın həyatı, hər beşinci hadisə (18%) zamanı isə onun emosional vəziyyəti riskə məruz qalıb. Bununla yanaşı, respondentlərin üçdə bi hissəsi (31%) bildirib ki, qacetlərlə bağlı xoşagəlməz hallar onlara və ya onların yaxınlarına stress yaşadıb.

Tədqiqat zamanı həmçinin məlum olub ki, ev heyvanları üçün nəzərdə tutulmuş avadanlıqların 37%-nin internetə çıxışı var və bu, onları müxtəlif kiberhücumlar qarşısında həssas edir. Sorğu iştirakçılarının 12%-i bu cür qacetlərin sındırılması ilə qarşılaşdığını etiraf edib.

“Texnologiyalar nəinki bizim, hətta əhilləşdirdiyimizlərin də həyatını daha sadə və rahat edir. Müasir qacetlər ev heyvanlarını qorumağa, onlara qayğı gəstərməyə və komfortlu mühit yaratmağa kömək edir. Lakin bilmək vacibdir ki, istənilən elektron qurğu rahatlıqla yanaşı müəyyən risklər də gətirir: qacet sıradan çıxa bilər və ya cinayətkarlar onu sındıra bilərlər. Bu səbəbdən onu almamışdan öncə rəqəmsal təhlükəsizliyi düşünmək gərəkdir”, - deyə “Kaspersky Lab”ın antiviruslar üzrə eksperti Denis Makruşin bildirib.

Ev heyvanları və onların sahiblərinə əsl rahat və təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün “Kaspersky Lab”ın ekspertləri sadə qaydalara riayət etməyi məsləhət görürlər:

·         qaceti almamışdan öncə onun təhlükəsizlik səviyyəsinə diqqət yetirin – internetdə bazarda populyar olan devayslarda aşkar və təshih edilmiş boşluqlar haqqında məlumat əldə etmək mümkündür;

·         avadanlığı işə salmamışdan qabaq istehsalçı tərəfindən tətbiq edilən parolu daha etibarlısı ilə əvəzləyin;

·         avadanlığa lokal şəbəkədən xaric qoşulmalara qadağa qoyun;

·         qacetdə istifadə etmədiyiniz bütün şəbəkə xidmətlərini dayandırın;

·         proqram təminatını mümtəzəm olaraq yeniləyin (yeniləmələri yalnız rəsmi mənbələrdən yükləyin).

 

* 2018-ci ilin may-iyun aylarında aparılan tədqiqatda 15 ölkədən 7 740 nəfər iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment