1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti bölgələrdə sığorta təlimləri keçirəcək
20.07.2018

Baki, FinanceTime.  Artıq ikinci ildir ki PAŞA Sığorta şirkəti “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” yay məktəbində sponsorların sırasında yer almışdır.

Bu il “Təhsil Avtobusu-2018” layihəsi ölkəmizin 5 bölgəsindəki həm orta məktəblərin, həm də modul məktəblərin 7-8-9-cu sinif şagirdlərinin inkişaflarına, dünyagörüşünün formalaşmasına istiqamətlənib. Layihə çərçivəsində PAŞA Sığorta şirkətinin fərdi və bank sığortası mütəxəssisi Elçin Mehdiyev tərəfindən şagirdlərə sığorta biliklərinin artırılmasına yönəlik təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu təlimlər məktəb illərindən etibarən şagirdlərin sığorta barədə ilkin biliklərin formalaşmasına yönəlib.

PAŞA Sığorta şirkəti davamlı olaraq əhalinin sığorta biliklərinin artırılmasına çalışaraq bu istiqamətdə maarifləndirici layihələr keçirir.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər sığorta təlimləri ilə yanaşı şəxsi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment