1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” Şəkidə 4G şəbəkəsini qurdu
27.07.2018

Baki, FinanceTime.  Ölkənin ən gənc mobil operatoru olan“Nar”yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region isə Şəki oldu. Ümumilikdə Şəkidə şəhərində 6 4G baza stansiyası abunəçilərin istifadəsinə təqdim olunub. Bundan əlavə 36 3G və 452G baza stansiyaları Şəki sakinlərin keyfiyyətli və yüksəksürətli mobil rabitə xidmətləri ilə təmin edir.

Hazırda mobil operator 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirirvə ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 33bölgə“Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

2018-ci ildə “Nar” 4G şəbəkəsinin əhatə etdiyi bölgələr bunlardır: Ağdaş, Ağcabədi, Cəlilabad, Daşkəsən, Gəncə, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Qax, Qazax, Quba, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəki, Şamaxı, Şəmkir, Şirvan, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala.

“Nar” böyük sürətlə 4G şəbəkəsini həm paytaxt Bakıda, həm də regionlarda artırır. Hazırda ölkə ərazisində 1292 sayda 4G baza stansiyaları fəaliyyətdədir.

Qeyd edək ki, ötən il “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək“HD-Voice” xidmətini tətbiq etmiş və keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları şəbəkə testləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment