1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi!
03.08.2018

Baki, FinanceTime. Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan Azercell Telekom öz vədinə sadiq qalaraqtəklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir. Artıq Azercell abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsindəsərfəli mobil internet xidmətlərindən faydalana bilər.

Cari ilin iyul ayının əvvəlində Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeniİnternet Rominq Paketlərini təqdim etmişdi. Şirkətdən verilmiş rəsmi məlumata əsasən, Azercell abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricənsəsli rabitədən mobil internet rabitəsinə keçiddavam edir.

Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindənrominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.

 

Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

*    Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)

*    Xərclərə nəzarət(gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)

*    Sadəlik(sadə və anlaşılan qiymətlər).

Azercell rominq həlləri sahəsində rahat və sərfəli təkliflər təqdim etməkdə davam edir. İndi isə Azercell müştərilərinə cəmi 19.90 manata dünyanın 44 ən çox səfər olunan ölkəsində 14 təqvim günü ərzində istifadə edilə bilən 1GB həcmində rominqdə internet paketini təqdim edir

Azercell bütün abunəçiləri üçün rominqi daha cəlbedici etməyə çalışır və bu məqsədlə əlverişli həllər təklif etməkdə davam edir ki, yüksək keyfiyyətli mobil internetə çıxış, hətta, xaricdə belə daha münasib olsun.

Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment