1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib
07.08.2018

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.

Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarınıtəmin edən Bakcell sözügedən layihənin icrasında aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan”la səylərini birləşdirib. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı  sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradılıb.

Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzində həyata keçirilən rəsm, rəqs və teatr dərnəyindən ümumilikdə 75 uşaq yararlanıb. Xaçmaz İƏR mərkəzində isə 24 uşaq rəqs və rəsm dərnəklərinə cəlb olunub.

Valideynlər keçirilən dərnəklərin uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd ediblər. Aşağı ətrafların inkişafdan geri qalması çətinliyi olan Rəsul Zəkiyevin anası Mehriban Zəkiyeva deyir ki, “İncəsənət vasitəsilə ünsiyyət” onun oğlunun inkişafında mühüm rol oynayıb: “Oğlum noyabr ayından Yasamal İƏR mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinə gedirdi. Bu məşğələlər müddətində Rəsulun özünəinamın artdığını, həmyaşıdları ilə həvəslə ünsiyyət qurduğunu gördüm. Həmçinin rəsm çəkməklə oğlumda gizli qalmış istedadı aşkarlamış olduq. Bu hal məni çox sevindirir və oğluma dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, bu dərnəklərdən 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihədən hər il onlarla uşaq bəhrələnir və uğur qazanır.
“Bu vaxta kimi Xaçmaz İƏR mərkəzinin dərnəklərindən yararlanan uşaqlar şahmat, dama, armreslinq yarışlarında uğurla iştirak edərək mükafatlar qazanıb. Uşaqların çəkdiyi rəsmlər dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub. Rəqs dərnəyinə qatılan uşaqlar Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Zona Baxış Müsabiqəsində iştirak edərək xüsusi diplomlarla təltif olunublar. Ənənəvi olaraq hər il keçirilən 3 dekabr Beynəlxalq Əlillər Günü, Yeni İl şənliyi, Novruz bayramı, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi bayram tədbirlərində iştirak təkcə uşaqların deyil, onların valideynlərin də həyatında dəyişikliklərə səbəb olur”, deyə UAFA-nın Xaçmaz İƏR mərkəzinin Koordinatoru Kəmalə Əliyeva bildirib.

Yasamal İƏR mərkəzinin Valideyn Birliyi Koordinatoru Zəhra Xələfovadeyir ki, Mərkəzdəki dərnəklərə qatılan uşaqlar müxtəlif tədbirlərdə böyük həvəslə iştirak ediblər: “Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsi çərçivəsində bizim uşaqların rəsmlərindən ibarət kitab çap edilib.Novruz bayramında uşaqlarımız Rəssamlar Akademiyasında keçirilən “Saf Rənglər” adlı rəsm sərgisində uğurla iştirak ediblər. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə teatr dərnəyi “Qırmızı papaq” nağılını səhnələşdirdi. Bunların hamısı uşaqların aylarla dərnəklərdə öyrəndiklərinin bəhrəsi idi”.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment