1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda jurnalistlər üçün “Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda təlim keçirilmişdir
14.09.2018

Mərkəzi Bank-ın məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində tədbirlərini davam etdirir.Növbəti tədbir kimiMərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda iki günlük təlim keçirilmişdir.

Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və KİV vasitəsiylə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti dahadolğun məlumatlandırmaqdan ibarətdir.

Təlimdə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin, eləcə də Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış etmişlər. Eyni zamanda Mərkəzi Bank tərəfindən ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verilmişdir.Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunmuş və jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün “yığım oyunu” təşkil edilmişdir. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarəolunması bacarıqları aşılanmışdır.

Qeyd edək ki, Mərkəzi Bankın kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq Mərkəzi Bankın fəaliyyəti üzrə aktual mövzuda təlimlər təşkil olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment