Baki, FinanceTime. 14 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “İnvest-Az İŞ.”-nin AZ2001019788 ISIN-li, 1. 500. 000 mln ABŞ dolları həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 ABŞ dolları olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1. 500. 000,00 ABŞ dolları olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1.5 mln.ABŞ dolları təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 16 sentyabr 2019-cu ildir.