1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AXA MBASK yeni "QAYĞIKEŞ SAHİBKAR" məhsulu buraxıb
25.09.2018

Baki, FinanceTime. AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Bu dəfə şirkət könüllü tibbi sığorta sahəsində yeni məhsul hazırlayıb və öz müştərilərinə kiçik və orta biznes sahibləri üçün nəzərdə tutulmuş unikal "Qayğıkeş sahibkar" paketini təklif edir.

Məhsulun əsas üstünlükləri optimal tibbi xidmətlərin seçimi, sadə və aydın təklif, cəzbedici qiymətdir. Məhsula həm ambulator, həm də stasionar yardım - yəni şirkət əməkdaşlarının korporativ könüllü tibbi sığorta sahəsində ən çox istifadə etdiyi seçimlər daxildir. Məhsulun əsasını funksionallıq, rahatlıq, keyfiyyət və əlverişlilik təşkil edir.

Korporativ könüllü tibbi sığorta bazarı şahadətnamələrin bahalığı səbəbindən kiçik və isçi sayı az şirkətlər üçün məhduddur. Lakin ölkənin iqtisadi inkişaf planına uyğun olaraq bu şirkətlərin sayı hər gün artmaqdadır. Məhz belə şirkətlərin iş prossesini stabil saxlamaq məqsədi ilə, AXA MBASK mütəxəssisləri unikal xüsusiyyətləri olan, kiçik və orta bizneslə könüllü tibbi sığorta proqramı çərçivəsində fəal şəkildə işləməyə imkan verən, müştərilərə keyfiyyətli xidmət göstərən məhsul işləyib hazırlayıblar. Yeni məhsulun qiyməti hər əməkdaş üçün aylıq 15 AZN təşkil edəcək. Müqavilə  ilkin tibbi müayinə olmadan bağlanır və şahədətnamə ödənildiyi andan qüvvəyə minir. Şahədətnamə bütün ölkə ərazisində etibarlıdır.

Məhsul haqqında şirkətin saytından daha ətraflı məlumat almaq olar - www.axambask.az .

Qeyd etmək lazımdır ki, "Qayğıkeş sahibkar" kiçik və orta biznes nümayəndələrinə keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi proqramı çərçivəsində şirkətin ilk məhsuludur. Gələcəkdə bu seqment üçün digər yeni sığorta məhsullarının da buraxılması planlaşdırılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment